Pelenin oğlu ilin ən yaxşı futbolçusu olmağa namizəddir
09.11.2010 - 10:34
Pelenin oğlu ilin ən yaxşı futbolçusu olmağa namizəddir
Bu il Afrikanın ən yaxşı futbolçusu olmağa son namizədlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, titul uğrunda 10 futbolçu – Əhməd Həssən, Mohamed Gedo (hər ikisi Misir, “Əl-Əhli), Andre Ayu (Qana, “Marsel”), Kevin-Prins Boatenq (Qana, “Milan”), Məcid Buqerra (Əlcəzair, “Reyncers”), Didye Droqba, Salomon Kalu (hər ikisi Kot D’Ivuar, “Çelsi”), Samuel Eto’O (Kamerun, “İnter”), Asamoa Qyan (Qana, “Sanderlend”) və Seydu Keyta (Mali, “Barselona”) iddialıdır. Buna qədər 30 namizəddən ibarət siyahı açıqlansa da, sonradan bu, konkretləşdirildi. Qalib Afrika ölkələrinin yığmalarının məşqçiləri arasında sorğunun nəticəsinə görə seçiləcək.
Qeyd edək ki, Ayu Afrikanın ən tanınmış futbolçularından olan Abedi Pelenin oğludur.