Dare Nibombenin komanda yoldaşına 100 min dollar
09.11.2010 - 10:54
FİFA Toqo yığmasının qapıçısı Kocovi Obilalenin müalicəsinə 100 min dollar ayırıb. Apasport.az saytının məlumatına görə, futbolçu Afrika kuboku öncəsi yığmasının yer aldığı avtobusa silahlı hücum edilən zamanı ciddi xəsarət almışdı. Yanvarda baş verən bu xoşagəlməz olaydan demək olar 1 il ötsə də, Kocovi hələ də bərpa kursu keçir. Həmin vaxt çiynindən və qarnından güllə yarası alan Obilale cərrahiyyə əməliyyatına məruz qalmalı oldu.
Qeyd edək ki, Kocovi “Bakı” klubunun müdafiəçisi Dare Nibombe ilə yığmada komanda yoldaşıdır.
Qeyd edək ki, Kocovi “Bakı” klubunun müdafiəçisi Dare Nibombe ilə yığmada komanda yoldaşıdır.
0
0