İqor Mitreskini yığmada tək qoydular
09.11.2010 - 11:20
İqor Mitreskini yığmada tək qoydular
Makedoniya yığmasının noyabrın 17-də Albaniya yığması ilə səfərdə keçirəcəyi yoldaşlıq görüşünə heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mirsad Yonuz Unibank Premyer Liqasında oynayan yalnız bir futbolçuya dəvət göndərib. Bu, Bakının “Neftçi” klubunun müdafiəçisi İqor Mitreskidir. Açıqlanan 18 nəfərlik siyahıda Mitreski ilə “Neftçi”də birgə oynayan yarımmüdafiəçi Slavço Georgiyevski və Bakının “İnter” klubunun orta sahə oyunçusu Filip Despotovski yoxdur. Hərçənd Makedoniya yığmasının əsas futbolçuları sayılan bu cütlük ölkəmizdə oynadıqları 4 ayda daim çağırılırdılar.
Qeyd edək ki, Mitreski Albaniyada çempionatımızdan yaxşı tanıdığı “Qarabağ”ın futbolçularına yenidən rəqib olacaq. Hər halda, müdafiəçilər Ansi Aqolli ilə Admir Teli Albaniya yığmalarına mütəmadi dəvət alırlar.