Yonuz Azərbaycanda oynayan futbolçuları kənarda qoymasını aydınlaşdırdı
09.11.2010 - 11:45
Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuz Azərbaycanda oynayan futbolçulara dəvət göndərməməyinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Bakının “Neftçi” və “İnter” klublarının yarımmüdafiəçiləri Slavço Georgiyevski ilə Filip Despotovskini noyabrın 17-də Albaniya yığması ilə yoldaşlıq görüşünə çağırmağı lazım bilməyib. Yonuz hər iki orta sahə oyunçusunu yaxşı tanıdığından, onlara istirahət verib, əvəzinə yeni futbolçuları sınamağı üstün tutub: “Bir sıra futbolçularda zədə, yorğunluq və sıx qrafikdə çalışdıqlarına onları heyətdən kənarlaşdırdım. Bunlar Pandev, Popov, Naumovski, Ristiç, Despotovski, Potter, Georgiyevski və Noveskidir. Albaniya ilə görüş zəif komandalarda oynayanları, debütantları yoxlamaq üçün bir sınaqdır. Bütün futbolçulara şans verəcəyəm və bu, onlar üçün böyük stimuldur. Onlar yığmada oynamağa layiq olduqlarını sübut etməlidirlər. Biz Albaniyanın seçimini bilmirik. Ancaq bildiyim odur ki, təcrübəli futbolçularımız yenilərlə yaxşı tanışdırlar və oyunda anlaşma baxımından problem olmayacaq. Daxili çempionatındakı futbolçulara dəvət öz komandalarında daha çox oynayıb, milliyə çağırılmaqla bağlı bir siqnaldır. İndi onlar üçün şans yaranıb və bundan istifadə etməlidirlər”.
Qeyd edək ki, Yonuz çempionatımızın iştirakçılarından yalnız “Neftçi”nin təcrübəli müdafiəçisi İqor Mitreskini Albaniyaya aparacaq. Makedoniya yığmasının lideri Qoran Pandevin kiçik qardaşı Saşko cari mövsümdən Unibank Premyer Liqasının iştirakçısı olsa da, Salyanın “Muğan” klubunun yarımmüdafiəçisi çağırılmır.

0
0