Unibank Premyer Liqası ən güclü 100 çempionat arasında
09.11.2010 - 12:20
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, XXI əsrin ilk 10 ili üçün (2001-10) tərtib edilən, 122 ölkənin yer aldığı siyahıya Azərbaycan da düşüb. Unibank Premyer Liqası 1,801 xalla 92-ci pillədə yer alıb. Çempionatımız Avropa təmsilçilərindən Uels (99-cu yer), Qazaxıstan (101), Malta (115), Lüksemburqu (116) qabaqlayır.
Dünyanın ən güclü çempionatı İngiltərə Premyer Liqası sayılıb (11, 187 xal). İspaniya Primerosu 2-ci, İtaliya A seriyası 3-cü, Türkiyə Superliqası 11-dir. Postsovet məkanı ölkələri arasında ən güclü çempionat Rusiya Premyer Liqasıdır – 17-ci yer.
Qeyd edək ki, İFFHS dünən açıqladığı Avropanın ən yaxşıları siyahısında çempionatımız “48-lik”də 44-cü olub.

0
0