AFFA Elnur Allahverdiyevi bağışladı
09.11.2010 - 13:13
 AFFA Elnur Allahverdiyevi bağışladı
AFFA Azərbaycan milli komandasının müdafiəçisi Elnur Allahverdiyevi bağışlayıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən AFFA-nın İntizam Komitəsinin iclasında əsas müzakirə olunan məsələlərdən biri “Xəzər Lənkəran”ın futbolçusunun Unibank Premyer Liqasının son turunda “Qəbələ” ilə səfər oyununda hərəkəti olub. Elnurla qəbələli azarkeşləri arasında oyun boyu qısa dialoqlar baş verib. Lakin “Xəzər Lənkəran” klubu və futbolçu baş vermiş hadisəyə görə “Qəbələ” azarkeşlərindən üzr istəyib. Bunlar və Allahverdiyevin baş vermiş hadisədən peşman olduğunu nəzərə alaraq, futbolçuya ciddi xəbərdarlıq edilib. Analoji hadisə Elnur tərəfindən təkrarlanacağı təqdirdə, ona qarşı daha ciddi intizam sanksiyası tətbiq ediləcəkdir.
Mənbə: pfl.az