“Şerif” Azərbaycan çempionuna rəqib olmayacaq
12.11.2010 - 11:25
“Şerif” Azərbaycan çempionuna rəqib olmayacaq
Moldovanın “Şerif” klubu “Birlik kuboku”nda Azərbaycan çempionu “İnter”ə rəqib olmayacaq. Apasport.az saytının məlumatına görə, son illərdə ölkəsinin dəyişməz çempionu olan komanda ardıcıl ikinci il “Birlik kuboku”na gəlməyəcək.

“Şerif” turnirdən budəfəki imtinasını belə əsaslandırıb ki, mövsümü Avroliqada çıxışı ilə əlaqədar gec bitirəcək. Hazırda Avroliqanın qrup mərhələsində iştirak edən Tiraspol təmsilçisi gələn ayın sonunda istirahətə çıxacaq. “Birlik kuboku” isə yanvarın 15-dən 23-dək Sankt-Peterburq şəhərində keçiriləcək. Ötən il “Şerif”in əvəzinə “Daçiya” oynamışdısa, bu dəfə onu “İskra-Stal” əvəzləyəcək.

Qeyd edək ki, “Şerif” iki dəfə “Birlik kuboku”nun qalibi olub.