“Salyanda yalnız 3 xal qazanmaq üçün oynayacağıq” - FOTO
12.11.2010 - 11:38
“Son oyunumuz çox ağır keçdi. Meydançanın pis vəziyyətdə olması, istədiyimiz futbolu nümayiş etdirməyə imkan vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin braziliyalı futbolçusu Alessandro Viana da Silva deyib.
Cənubi amerikalı müdafiəçi Unibank Premyer Liqasının XIII turunun "Muğan"la sabah keçiriləcək qarşılaşması ərəfəsində ötən turu xatırlayıb: “İnter”lə matçda qol vurmaq üçün o qədər də imkanımız olmadı. Rəqib futbolçular bəzi epizodlarda çox kobud oynayırdılar. Emil Mpenza cərimə zərbəsindən fərqlənməklə, komandamıza 1 xal qazandırdı. Nəticə bizim üçün pis deyil”.
Silva qarşıdakı oyun haqda da fikirlərini açıqlayıb: “Bu oyunu unudub, artıq qarşıdan gələn "Muğan"la görüşü düşünürük. Arxada qalan oyunda buraxdığımız səhvləri nəzərdən keçirib üzərində çalışacağıq. Salyanda isə yalnız 3 xalı qazanmaq üçün oynayacağıq. Çünki bu görüşdə qələbə qazanmaqla yolumuza davam etmək istəyirik".

0
0