Messi dünyanın 9-cu futbolçusudur, Ronaldo isə “onluq”da yoxdur
01.12.2010 - 11:10
Messi dünyanın 9-cu futbolçusudur, Ronaldo isə “onluq”da yoxdur
Dünyanın ən populyar futbolçularının siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) azarkeşlər arasında keçirdiyi sorğunun növbəti nəticələrini açıqlayıb.

Əksər hallarda olduğu kimi, bu dəfə də cədvələ Asiya və Afrikadan olan oyunçular başçılıq edirlər. İran milli komandası və “Persepolis” klubunun üzvü Kərim Bağıri 58280 səslə ilk pillədə qərarlaşıb.

Avropada çıxış edənlər arasında ən yaxşı nəticəyə Lionel Messi imza atıb. “Barselona” klubunun argentinalı legioneri liderdən təxminən 9,5 dəfə az – 6490 səs toplayıb və siyahıda 9-cu yerdədir. Ən yaxşı avropalı adı isə “Mançester Yunayted”in bolqar hücumçusu Dimitar Berbatova məxsusdur. Hesabındakı 5876 səslə ümumi siyahıda 10-cu olan forvard 5552 xalı olan “Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldonu da geridə qoyub.