“Neftçi” rəhbərliyi Fərid Quliyevi transferə çıxardı
01.12.2010 - 11:16
“Neftçi” rəhbərliyi Fərid Quliyevi transferə çıxardı
“Neftçi” klubu Fərid Quliyevi transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi mövsümün əvvəlində Sumqayıt “Standard”ından transfer olunan 24 yaşlı hücumçudan imtina etmək qərarına gəlib.

Komandanın baş məşqçisi Arif Əsədovun qərarı ilə yığmamızın forvardına özünə yeni klub axtarmaq tövsiyə edilib. Bununla bağlı Arif Əsədov klubun rəsmi saytına fikirlərini bildirib: "Mövsümün əvvəlində Fərid Quliyevin gənc və perspektivli futbolçu kimi komandamıza transfer edilməsini lazım bildik. Deməliyəm ki, ona yetərincə şans verdik. "Neftçi" kimi iddialı klubda çıxış etmək üçün daha çox çalışmaq lazımdır. Quliyevə məhz bunları aşılamağa çalışdıq. Qeyd etməliyəm ki, son zamanlar məşqlərdə Fərid Quliyev özünü lazımi tərəfdən göstərə bilmirdi. Məhz buna görə də ona özünə yeni klub tapmağı tövsiyə etdik. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.