Autsayder “Mançester Yunayted”i rüsvay etdi
01.12.2010 - 11:43
Autsayder “Mançester Yunayted”i rüsvay etdi
“Mançester Yunayted” klubunun cari mövsümdə ilk məğlubiyyəti böyük hesablı olub. Apasport.az saytının məlumatına görə, dünyanın ən zəngin klubu İngiltərə Liqa kubokunun ¼ finalında autsayder “Vest Hem”ə 0:4 hesabı ilə uduzub.

Bununla da Aleks Ferqyusonun çalışdırdığı komandanın 24 oyunluq məğlubiyyətsiz seriyası qırılıb. “Mançester Yunayted” müxtəlif turnirlərdə keçirdiyi həmin 24 oyundan 15-də qalib gəlib, 9-da heç-heçə edib. Ən diqqəti çəkən məqam odur ki, bu, komandanın son 9 ildə ən böyük hesablı məğlubiyyətidir. Premyer Liqanın hazırkı lideri sonuncu dəfə 2001-ci ilin noyabrında “Arsenal”a elə bu hesabla uduzub.