Elanonun “Qalatasaray”dan gedişi rəsmiləşdi
01.12.2010 - 12:13
Braziliyalı yığmasının futbolçusu Elano Blumerin “Qalatasaray”dan gedişi rəsmiləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Cim Bom” 29 yaşlı yarımmüdafiəçini Braziliyanın “Santos” klubuna satdığını rəsmən açıqlayıb.
Bununla bağlı iki klub arasında razılıq əldə olunub və Elano gələn ilin yanvarından vətənində oynayacaq. “Qalatasaray” Blumerin satışından 2,9 milyon avro əldə edib.
İstanbul təmsilçisi ötən yay İngiltərənin “Mançester Siti” klubundan aldığı, ilk vaxtlar aparıcı futbolçusu olsa da, sonradan əsas heyətdə yerini itirən Elanoya komandadakı xidmətlərinə görə minnətdarlıq edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

0
0