Bekhem Abdullayevlə birgə oynamaq istəmir
01.12.2010 - 12:45
İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem karyerasını vətənində davam etdirməyəcək. Apasport.az saytının məlumatına görə, 35 yaşlı futbolçu “Everton”a keçməkdən imtina edib.
Məlum olduğu kimi, Liverpul təmsilçisi yığmamızın və “Neftçi” klubunun gənc yarımmüdafiəçisi Araz Abdullayevlə maraqlanır və bu məsələ gələn ilə kimi rəsmiləşməlidir. Ancaq Bekhem uzun illər şərəfini qoruduğu, tanındığı “Mançester Yunayted”i Abdullayevin gələcək komandasından üstün tutub: “Mən “Everton”a keçməyəcəyəm. Əlbəttə, məşqçilərin səni öz komandasında görmək istəməsi xoşdur. Ancaq “Mançester Yunayted”in azarkeşiyəm. “Everton” isə evə çox yaxındır. Qoy, baş məşqçi Devid Moyes məndən inciməsin, ona dərin hörmətim var. Biz “Preston”da birgə oynamışıq. Fikrimcə, o, işinin öhdəsindən əla gəlir”.
Son illərdə ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda oynayan Devid indi də “Beşiktaş”ın maraq dairəsindədir. İstanbul klubunun rəhbərliyi amerikalılara futbolçunun yanvarda yarım illiyə icarəyə götürmək təklifi etməyə hazırlaşır.

0
0