Azərbaycan çempionatında yeni rekord
01.12.2010 - 12:59
Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu turda mövsümün yeni rekordu qeydə alınıb.
“Tərtər”i darmadağın edən “Neftçi” İSM cari çempionatın ən böyük hesablı qələbəsini qazanıb – 21:1. Bu, həm ən böyük fərqli qələbə, həm də ən çox topun vurulduğu matç olub. Buna qədər ki, rekord da “neftçilər”ə məxsus idi. Onlar noyabrın 16-da keçirilən 7-ci turda “Qarabağ veteranları”nı meydana çıxmağa peşman etmişdilər – 16:1.
Qeyd edək ki, son turun digər oyunlarında “Azmetko” “Ekol”u 3:1, “Araz” isə “Qarabağ veteranları”nı 6:1 hesabı ilə məğlub edib.

0
0