Rəşad Sadıqov üçün yenə paxlava
01.12.2010 - 15:02
Həmyerlimiz Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubu növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, Bülənt Uyğunun yetirmələri Superliqanın növbəti turunun “Kayserispor”la oyununun hazırlıqlarını davam etdirir.
Həftəsonu keçiriləcək səfər qarşılaşmasına hazırlaşanlar arasında 28 yaşlı müdafiəçimiz də olub. Lakin zədədən sonra bərpa prosesi keçən Rəşad fərdi çalışmalarla kifayətlənib. Ən maraqlı hadisə isə məşq başlamazdan əvvəl yaşanıb. Belə ki, sevimlilərinin məşqini izləyən azarkeşlər Rəşad və komanda yoldaşlarına paxlava gətiriblər. Hazırlıqlar da paxlava qonaqlığından sonra başlayıb.
Sadıqov hələ “Kocaelispor”da oynadığı vaxtlar da azarkeşlərin məşqə paxlava gətirməsinin şahidi olmuşdu. Deyəsən, futbolçularını şirniyyata “tutmaq” qonşu ölkə azarkeşləri üçün yeni dəbdir.
Qeyd edək ki, Rəşad üçün həftəsonu keçiriləcək görüş xüsusi prinsipiallıq kəsb edir. Türkiyədə çıxış etdiyi ilk klub “Kayserispor” olan Rəşad bu komandanı narazı tərk etmişdi. O, sevimli mərkəz müdafiəçisi kimi deyil, cinahda oynamağı ilə barışmayaraq, vətənə qayıtmışdı.

0
0