“Everton” rəsmilərinə Bakıya gəlmək üçün viza verildi
01.12.2010 - 16:31
İngiltərənin “Everton” klubunun nümayəndələrinin Azərbaycana gəlişi ilə bağlı problem həll olunub. Apasport.az saytının məlumatına görə, “Neftçi” və milli komandamızın 18 yaşlı futbolçusu Araz Abdullayevi transfer etmək fikrində olan Liverpul təmsilçisinin rəsmiləri Bakıya noyabrın 29-da gəlməli idilər. Ancaq viza məsələləri üzündən səfər bir qədər yubansa da, bu gün tam həll edilib.
Artıq Azərbaycana viza alan “Everton” nümayəndələrinə səfər vaxtını dəqiqləşdirmək qalıb. Bu da 2-3 günə həll olunacaq və ingilislər maksimum gələn həftə səfərə çıxacaqlar. İngiltərədən gələn nümayəndə heyətinə “Everton”un beynəlxalq şöbəsinin rəhbəri Devid Harrison başçılıq edəcək.
Qeyd edək ki, Arazın keçidi iki klub arasında razılaşdırılıb. Abdullayevin bir müddət öncə İngiltərəyə səfəri zamanı 3 illik anlaşma əldə edilib. Bu məsələdə son nöqtə futbolçumuza işçi vizasının verilməsindən sonra qoyulacaq. Xaricdə, xüsusilə də İngiltərə oynayan futbolçuya işçi vizasının alınması ən vacib məsələlərdən biridir.

0
0