“Bakı”nın sabiq futbolçusu Vyetnam çempionatında - FOTO
01.12.2010 - 17:11
“Bakı”nın sabiq futbolçusu Vyetnam çempionatında - FOTO
“Bakı” klubunun sabiq futbolçusu Allan Vanqa özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolu tarixinə ilk keniyalı kimi düşən 25 yaşlı hücumçu karyerasını Vyetnamda davam etdirəcək. Vanqa “Xoanq An Gia Lay” klubu ilə 2 illik müqavilə imzalayıb.

Keniya yığmasının üzvü olan Allan bir aya yaxındır baxışda olduğu klubla anlaşdığı üçün xoşbəxt olduğunu bildirib. Bu da onunla bağlıdır ki, iyunda “Bakı”dan ayrıldıqdan sonra Gürcüstanın “Olimpi” klubunun düşərgəsində olan, lakin keçidi baş tutmayan afrikalı təxminən yarım illik fasilədən sonra yaşıl meydanlara qayıdır.

Qeyd edək ki, bu ilin yanvarında ölkəmizə gələn Vanqa “Bakı”nın heyətində keçirdiyi 7 oyun ərzində 45 dəqiqə meydanda olub.