“Qəbələ” Bakıya itkilərlə gəlir
01.12.2010 - 17:23
“Qəbələ” Bakıya itkilərlə gəlir
“Qəbələ” Unibank Premyer Liqasının növbəti turunda səfərdə MOİK-lə keçirdiyi oyunda 2 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Terri Kuk və Abdul Kader Kamara zədəli olduqları üçün “hərbçilər”lə görüşdə forma geyinməyəcəklər.

Hər iki futbolçu həkim nəzarətindədir. Yüngül zədəsi olan Kristian Torresin oynayıb-oynamayacağı matç günü bəlli olacaq. “Qəbələ” üçün sevindirici xəbər zədələ futbolçuları Qoqa Beraya və Bruno da Silvanın sıraya dönməsidir. Hər iki futbolçu baş məşqçi Toni Adams şans verəcəyi təqdirdə, MOİK-lə oyunda forma geyinə biləcək.