“Biz onu “sındırmaq” istəmədik”
01.12.2010 - 17:53
“Komandamız hər zaman hücumçu sarıdan korluq çəkib. Ötən mövsüm bitəndən sonra baş məşqçi Arif Əsədovun təklifi ilə Fərid Quliyevi transfer etdik. Onunla bağlı problemimiz yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib.
“Ağ-qaralar” ötən mövsüm vurduğu 16 qolla çempionatın bombardiri olan Fərid Quliyevi yayda heyətinə qatdı. Ancaq sonradan əcnəbi hücumçular - özbəkistanlı Bahodir Nasimovla belçikalı Emil Mpenzanın gəlişindən sonra yığmamızın 24 yaşlı üzvü kölgəyə düşdü: “Biz yeni hücumçulardan ilk olaraq Fəridi aldıq. Həmin vaxt Mpenzanın məsələsi açıq qalırdı. Nasimovla bağlı problem qaldığından, onunla da hələ anlaşmamışdıq. Sonradan bu iki legionerin transfer həll olundu və əsas heyətdə onlar meydana çıxdılar. Bildiyiniz kimi, Fərid yığmamızın üzvüdür və biz bunu da nəzərə alaraq, onu ehtiyatda saxlamaqla “sındırmaq” istəmirik. Buna görə də onu indidən transferə çıxarıb, özünə yeni klub tapmasına imkan yaradırıq. İstəyirik ki, Quliyev oyun praktikası qazansın, formasını saxlasın”.
Quliyev “Neftçi”nin cari mövsümdə keçirdiyi 15 oyunun 10-da meydana çıxıb. Əsədovun 3 dəfə start heyətində yer verdiyi gənc hücumçu yeganə qolunu MOİK-ə vurub. Sadıqov Quliyevə lazımınca şans verildiyini düşünür: “Biz öz futbolçularımıza hər zaman diqqət yetiririk. Komandamızda 28 futbolçu var və onların heç birinin probleminin olmadığını bir prezident kimi rəsmən bildirirəm. Baş məşqçi siyasətimizə uyğun olaraq, gənc futbolçulara həmişə şans verir. Fərid də az oynamayıb, bir neçə görüşdə, “Turan”la Tovuzdakı matçda start heyətində meydana çıxıb. Qol vurmaq üçün mütləq 90 dəqiqə oynamaq vacib deyil. Daha az meydanda olub, rəqib qapısına yol tapa bilərsən. Baş məşqçi futbolçunu meydana buraxanda, oyunda çevriliş etməyə hazır olmalıdır. Özünüz də görürsünüz, Bahodir vurduğu 14 qolla çempionatın bombardiridir. Mpenza böyük təcrübəsi olan hücumçudur. Baş məşqçi nəticə, çempionluq qazanmaq üçün ən güclü heyəti müəyyənləşdirib, meydana buraxır”.
Sadıqov klub tapmayacağı halda, futbolçunu qəbul etməyə hazır olduğunu vurğulayıb: “Quliyevin xidmətində maraqlı olan klub bizə müraciət edə bilər. Onun keçidinə əngəl törətməyəcəyik. Lap elə özünə klub tapmasa, Fəridi çölə atmayacağam ki... Onunla 1 illik müqaviləmiz var və bu müddətə kimi bizim futbolçudur. Quliyevi heç kim transfer etməsə, qapılarımızı onun üzünə bağlamayacağıq”.

0
0