“Qalatasaray”ın müdafiəçisi supermodelyerlə bir arada - FOTO
01.12.2010 - 17:58
“Qalatasaray”ın müdafiəçisi supermodelyerlə bir arada - FOTO
“Qalatasaray” klubunun futbolçusu Lukas Nil komandanın düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, avstraliyalı mərkəz müdafiəçisi İsveçrənin Sürix şəhərinə yollanıb.

Belə ki, Nil 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının final mərhələsinin baş tutacağı ölkənin seçilməsində iştirak edəcək. Məsələ ondadır ki, namizəd ölkələr öz sifariş vərəqlərinin təqdimatında tanınmış simaların xidmətindən yararlanır. 2022-ci ildəki yarışa iddia edən avstraliyalılar FİFA-nın İcraiyyə Komitəsinin üzvlərinin qarşısına 2 futbolçu və 1 xanımla çıxmağa qərar veriblər. Onlar Lukas, həmçinin “Everton”un oyunçusu Tim Keyhill kimi Avstraliya yığmasının iki oyunçusunu Sürixə ezam edib. Onlarla yanaşı, supermodelyer El Makferson da ölkəsinin maraqlarını qoruyacaq.

Qeyd edək ki, final mərhələlərini qəbul edəcək ölkələr sabah Bakı vaxtı ilə təxminən saat 19:00-da açıqlanacaq.