Ronaldo zədələnib
01.12.2010 - 18:40
Ronaldo zədələnib
Madrid “Real”ı “El Klassiko”da “Barselona”ya 0:5 hesablı məğlubiyyətdən sonra növbəti xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, həftəsonu “Valensiya” ilə qarşılaşacaq “Kral klubu” portuqaliyalı ulduzu Kriştianu Ronaldonun xidmətindən məhrum olub. Sağ ayağında zədəsi olan futbolçunun 48 saat müalicə alacağı bildirilir. Bunun üçün yarımmüdafiəçinin növbəti turda meydana çıxması sual altına düşüb.

Qeyd edək ki, Ronaldodan başqa zədəli İquain və cəzalı Serxio Ramos da görüşdə iştirak etməyəcəklər.