“Qəbələ” “Styaua” ilə qarşılaşa bilər
02.12.2010 - 00:01
“Qəbələ” “Styaua” ilə qarşılaşa bilər
Qış fasiləsində Türkiyənin Antalya şəhərinə yollanacaq “Qəbələ” təlim-məşq toplanışı müddətində 2 yoxlama matçı keçirəcək. Apasport.az saytının xəbərinə görə, Toni Adamsın rəhbərlik etdiyi əyalət komandası hazırlıq çərçivəsində Rumıniya klubları ilə qarşılaşa bilər. Çox güman ki, bu komandalar “Styaua” və “Kluj” olacaq.
Qeyd edək ki, yanvarın 17-də səfərə çıxacaq “Qəbələ” vətənə 10 gündən sonra qayıdacaq.