İbrahimoviç qərarını verdi
02.12.2010 - 00:20
İbrahimoviç qərarını verdi
İtaliya "Milan"ının builki uğurlarında böyük pay sahibi olan Zlatan İbrahimoviç klubun rəsmi internet səhifəsinə açıqlama verib. Apasport.az-ın xəbərinə görə, Milanda xoşbəxt olduğunu deyən 29 yaşlı Zlatan qarşıdakı 3 il ərzində futboldan getmək kimi bir niyyətinin olmadığını bildirib.

Bir müddət öncə İbrahimoviç İtaliyada mətbuata verdiyi açıqlamada maksimum 3 il sonra futboldan gedəcəyini, insan işinin zirvəsində ikən ondan ayrılmalı olduğunu demişdi. İbrahimoviçin bu açıqlamasından sonra "Milan" azarkeşləri etiraz etmiş, futbolçunun sözlərindən narazı qalmışdılar. Bunun ardından isə İbrahimoviç belə bir açıqlamaya ehtiyac duyub: "2014-cü ilədək burdayam. Həmin vaxta qədər futbolla vidalaşmaq ağlımdan keçmir".