Fərid Quliyev dilinin bəlasına düşübmüş...
02.12.2010 - 00:54
Fərid Quliyev dilinin bəlasına düşübmüş...
“Neftçi” klubunun Fərid Quliyevi transferə çıxarmasının əsl səbəbləri müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, futbolçunun belə erkən qovulmasına səbəb davranışı olub.

Belə ki, mövsümün əvvəlində bir oyunda ilk hissədəcə əvəzləndiyi üçün etiraz edən hücumçu para cəzasına layiq görülmüşdü. Daha sonra da o, məşqdəki özündənrazılığına və yoldaşları ilə münasibətlərinə görə qulaqburması alıb. Amma son məşqlərin birində baş məşqçi Arif Əsədovun üzünə qayıtması ona baha başa gəlib. Əsədov məhz öz istəyi ilə komandaya gətirilən yığma üzvündən birdəfəlik imtina etmək qərarına gəlib.

“Transfer pəncərəsi” açılanadək “ağ-qaralar”ın futbolçusu olan Quliyev bu səbəbdən klubla bağlı hər hansı sərt açıqlama verib özünü pis vəziyyətdə qoymaq istəmir.