“Liverpul” Tuncay Şanlını transfer edir
02.12.2010 - 09:56
“Liverpul” Tuncay Şanlını transfer edir
Türkiyə yığmasının futbolçusu Tuncay Şanlı “Liverpul”un maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu artıq qış fasiləsində İngiltərənin ən titullu klublarından birinə keçə bilər.

2007-ci ildən İngiltərə Premyer Liqasında oynayan Tuncay “Midlsbro” aşağı diviziona düşdükdən sonra “Stok Siti”yə keçdi. Ancaq Şanlı il yarımdır şərəfini qoruduğu bu komandada əsas heyətə düşə bilmədiyindən, qışda getməyə hazırlaşır. “Liverpul” onu 6 milyon avroya transfer etməyə hazırdır. “Fənərbaxça” klubunda çıxışı ilə tanınan Tuncayın xidmətindən onun vaxtilə əzəli rəqibi olan “Qalatasaray” da maraqlıdır