Bakıda qol vurdu, Afinada qarət olundu
02.12.2010 - 10:08
Bakıda qol vurdu, Afinada qarət olundu
2008-ci ildə İspaniya yığmasının heyətində Avropa çempionu olan Albert Riera qarət olunub. Apasport.az saytının məlumatına görə, oğrular “Olimpiakos” klubunun 28 yaşlı futbolçusunun Afinada yaşadığı evə basqın ediblər. Rieranın “Mercedes” və “Audi” markalı iki avtomobili, 2000 min funt sterlinq pulu, kompüteri oğurlanıb.

Qeyd edək ki, “Liverpul”un əsas heyətində yerini itirdikdən sonra bu yay “Olimpiakos”a keçən Riera ötən il Bakıya gəlib. Sol cinah yarımmüdafiəçisi artıq çağırılmadığı yığmasının heyətində iyunun 9-da millimizə Tofiq Bəhramov adına Respublika stadionunda 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşünün ikinci hissəsində qol vurub.