Braziliya yığmasında oynayan futbolçu “Xəzər Lənkəran”a gəlir
02.12.2010 - 10:20
“Xəzər Lənkəran” heyətinə daha bir braziliyalı futbolçu qata bilər. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Rumıniyanın “Rapid” klubunda forma geyinən Karluş Sezar Santuşu transfer etmək niyyətindədir.
Komandanın baş məşqçisi Mirça Rednik vətənində çıxış edən futbolçuları daim diqqət mərkəzində saxladığından bu hücumçunu gözaltı edib. Çezinya kimi tanınan 30 yaşlı futbolçu San-Pauluda anadan olub. Vətənində “Santa Kruz”, “Londrina”, “Yuventus”, Portuqaliyada “Braqa”nın şərəfini qoruyan futbolçu 2007-ci ildə “Rapid”ə transfer olunub.
Rumınlar onu 600 min avroya alıblar. Klubunda 7 nömrəli formanı daşıyan Çezinya cinah hücumçusu çimi çıxış edir və sürəti ilə diqqət çəkir. Karyerasının ən böyük uğuru isə Braziliya yığması ilə bağlıdır. O, 2001-ci ildə millinin heyətində Peruda keçirilən gənclər arasında çempionatın qalibi olub.

0
0