“Qarabağ” dünya reytinqində bu dəfə 37 pillə gerilədi
02.12.2010 - 11:00
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 12 ayın göstəricilərinə əsasən hazırlanan siyahıda ölkəmizi yenə yalnız “Qarabağ” klubu təmsil edir.
Ağdamlılar ötən reytinqlə müqayisədə 37 pillə geriləyiblər. Son iki mövsümdə ölkəmizi Avroliqada layiqincə təmsil edən komanda 78 xalla dünyada 273-cü göstəriciyə malikdir. “Qarabağ” İspaniyanın “Espanyol”, “Deportivo”, “Osasuna”, İngiltərənin “Bolton”, “Sanderlend”, İtaliyanın “Bolonya”, Almaniyanın “Maynts-05” və “Ayntraxt” kimi klubları qabaqlayır.
351 komandanın yer aldığı siyahıya İspaniya “Barselona”sı (301 xal) başçılıq edir. İtaliyanın “İnter” (297) və Almaniyanın “Bavariya” (264) klubları müvafiq olaraq 2-ci və 3-cü yerdədir. İlk “onluq”da “Estudiantes” (Argentina, 239), “Atletiko” (İspaniya, 236), İngiltərənin “Mançester Yunayted” (235), “Çelsi” (235), “Liverpul” (230), “Real” (İspaniya, 222) və “İnternasional” (Braziliya, 217) yer alıb.

0
0