“Qazancımda ciddi fərq olarsa, “Xəzər Lənkəran”a keçərəm”
02.12.2010 - 11:12
“Qazancımda ciddi fərq olarsa, “Xəzər Lənkəran”a keçərəm”
“Xəzər Lənkəran”a keçidi gündəmdə olan Braziliyanın gənclərdən ibarət milli komandasının sabiq futbolçusu Çezinya Azərbaycana könülsüz gələcək. Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu mümkün transferi ilə bağlı fikirlərini açıqlayıb.

O, Rumıniya çempionatını Unibank Premyer Liqasına dəyişməkdən məmnun olmadığını gizlətməyib: “Təbii ki, bu karyeramın nəhəng uğursuzluğu olacaq. Buna görə də “Rapid”də qalmaq istəyərdim. Bu yaxınlarda komanda ilə müqaviləni də uzatmışdıq”.

Lakin Çezinyanın keçidini mümkün edən amil də mövcuddur. Futbolçu bildirib ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Redniklə dostluq münasibətləri var: “Qazancımda ciddi fərq olacağı halda, həmin kluba keçəcəyəm”.

Qeyd edək ki, “Rapid” rəhbərliyi braziliyalını 6 aylıq icarəyə verməyə hazırdır.