AZAL - “Neftçi”: Ya heç-heçə, ya da 1 qol
02.12.2010 - 13:37
Azərbaycan çempionatının XVI turunda keçiriləcək paytaxt derbisi turun mərkəzi oyunu olacaq. Apasport.az saytının məlumatına görə, turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan “Neftçi” və AZAL tarixlərində 12-ci dəfə üz-üzə gələcəklər.
İndiyə qədər baş tutmuş qarşılaşmalarda “Neftçi” rəqibindən 2 qat güclü olub. “Ağ-qaralar” 4, “təyyarəçilər” 2 dəfə qələbə qazanıb. 5 dəfə heç-heçə ilə razılaşan rəqiblərin duelləri aşağı məhsuldarlıq ilə seçilir. 11 görüşdə cəmi 15 qol vurulub ki, bunun da 2/3-si “Neftçi”nin hesabındadır – 10:5.
Komandalar arasındakı axırıncı 4 oyunda 1-dən artıq qol vurulmayıb. AZAL son 4 matçda “Neftçi”nin qapısına qol vura bilmir. 2008-ci il noyabrın 30-da keçirilən XIII turun qarşılaşmasının 90+1-ci dəqiqəsində gürcü yarımmüdafiəçisi Revaz Getsadzenin vurduğu top bu mənada sonuncu olub və 2 il 4 gün (matçın keçiriləcəyi dekabrın 4-ə kimi), yəni 735 günlük həsrətə start verib.
“Neftçi” isə “təyyarəçilər”in qapısına 1-dən artıq qol vurmaqda çətinlik çəkir. Son 8 matçda rəqib qapısına 4 top vuran “ağ-qaralar” 2006-cı ilin noyabrın 27-dəkı darmadağından sonra ya 1 top vurur, ya da heç fərqlənə bilmir.

Tarix | Oyun | Hesab |
26.11.2005 | “Neftçi” - “Olimpik” | 0 : 0 |
29.04.2006 | “Olimpik” - “Neftçi” | 1 : 3 |
27.11.2006 | “Neftçi” - “Olimpik” | 3 : 0 |
17.05.2007 | “Olimpik” - “Neftçi” | 2 : 1 |
06.10.2007 | “Neftçi” - “Olimpik” | 0 : 0 |
13.04.2008 | “Olimpik” - “Neftçi” | 0 : 0 |
30.11.2008 | “Neftçi” - “Olimpik” | 1 : 2 |
17.05.2009 | “Olimpik” - “Neftçi” | 0 : 0 |
16.08.2009 | “Olimpik-Şüvəlan” - “Neftçi” | 0 : 1 |
29.11.2009 | “Neftçi” - “Olimpik-Şüvəlan” | 0 : 0 |
01.10.2010 | “Neftçi” - AZAL | 1 : 0 |
0
0