Zaur Məmmədov: Elə futbolçularımız var ki, top saxlaya bilmirlər
02.12.2010 - 14:47
“Komandamızın cari mövsümdə çıxışı gözlədiyimizdən uğursuz oldu. Biz heç olmasa, 8-9-cu pillələrdə qərarlaşmaq istəyirdik. Futbolçular ayağını yerə bərk basmalı idilər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun prezidenti Zaur Məmmədov deyib.
2006-cı ildən milli çempionata qatılan Zaqatala təmsilçisi həmişə mükafatlar uğrunda mübarizə aparıb. Tarixindən ən yüksək nəticəsinə 2009-cu ildə imza atan “Simurq” bürünc medal qazanmaqla, ölkəmizi Avroliqada təmsil etdi. Cari mövsümdə isə zəif çıxış edən zaqatalalılar 15 oyundan sonra 7 xalla turnir cədvəlində axırdan əvvəlki pillədə qərarlaşıb.
Legionerlərdən imtina edib, əsasən gənc və təcrübəsiz futbolçulara bel bağlayan “Simurq” I diviziona düşməyə əsas namizədlərdən sayılır. Premyer Liqada yerini qoruyacaqlarına inanan Məmmədov üzləşdikləri çətinliklərdən danışıb: “Kapitanımız, əsas müdafiəçilərimizdən olan Rasim Ramaldanov ağır zədələnərək, uzun müddətə sıradan çıxdı. “İnter”dən icarəyə götürdüyümüz 3 futbolçunu ilk dövrədən sonra geri qaytardıq. Bu da bizi geri saldı. Bəzi futbolçularımızın, əsas oyun qurucumuz Mikayıl Rəhimovun xidmətindən cəza üzündən istifadə edə bilməmişik. Ötən turda “Qəbələ”yə 0:4 hesabı ilə uduzduğumuz və bəzi digər görüşləri nəzərə almasaq, oyunumuz elə də pis deyil. Xüsusilə, “Qarabağ”la görüşdə komandamızın göstərdiyi mübariz oyun çox xoşuma gəldi. Əksər matçlarda 1 top fərqi ilə uduzmuşuq. Düzdür, həmin oyunlarda da xalsız qalmışıq. Ancaq bununla belə, pis təsir bağışlamamışıq”.
Məmmədovun fikrincə, heyətdə təcrübəsiz futbolçular çox olduğu üçün uğurlu çıxış etmək çox çətindir: “Bizə hər mövqeyə təcrübəli futbolçu lazımdır və qış fasiləsində bunu reallaşdırmaq fikrindəyik. Əsasən təcrübəli yerli futbolçulara ehtiyacımız var. Ancaq indi futbolumuzda bu sarıdan qıtlıq olduğu üçün tapmaq çətindir. Hər halda, qış fasiləsində heyətimizə 2-3 yeni futbolçu cəlb edəcəyik. Yenidən çoxlu legionerləri cəlb etmək indiki kursumuzla düz gəlmir. Biz siyasətimizi dəyişə bilmərik. Bildiyiniz kimi, “Simurq”un çıxışı hər mövsümdə yüksələn xətlə gedir. İnanırıq ki, indiki kursumuz bizi pis vəziyyətdə qoymayacaq. Hazırda autsayderlər sırasında olsaq da, Premyer Liqada qalmağa çalışacağıq”.
Klub rəhbəri 4 il çalışdıqları ukraynalı baş məşqçi Roman Pokoranın yerinə gətirdikləri makedoniyalı Qyoko Hacıyevskinin işindən razıdır: “Onun işi göz qabağındadır. Yayda heyətimizə cəlb olunan futbolçular arasında top saxlaya bilməyənlər var idi. Ancaq Hacıyevski bu problemləri aradan qaldırdı və futbolçularımız normal oynayırlar. Bu baxımdan baş məşqçimizin işi təqdirəlayiq sayılmalıdır. Belə razılaşmışıq ki, Hacıyevskinin iştirakı ilə dekabrın 10-da iclas keçirib, planlarımızı müzakirə edək. Baş məşqçimiz heyətini formalaşdırmalı, hazırlıq planlarını müəyyənləşdirməlidir ki, biz də üzərimizə düşən işi görək. Ola bilsin ki, Hacıyevskinin vətənində göz qoyduğu futbolçular oldu”.
Mehman SÜLEYMANOV

0
0