Qətərdəki mundialda alkoqola icazə verildi, Barak Obama narazılıq etdi
03.12.2010 - 09:44
Qətərdəki mundialda alkoqola icazə verildi, Barak Obama narazılıq etdi
ABŞ prezidenti Barak Obama FİFA-nın 2022-ci il dünya çempionatını Qətərdə keçirməklə bağlı çıxardığı qərara münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, ölkə başçısı dünya ali futbol qurumunun ev sahibliyində ABŞ-a yox, Qətəri seçməsini narazılıqla qarşılayıb: “Fikrimcə, bu, səhv qərardır. Ancaq mən əminəm ki, yığmamız dünya çempionatının final mərhələsinə çıxacaq”.
Bu arada Qətərdəki mundilada futbol azarkeşlərinə spirtli içkilər qəbul etməyə icazə veriləcəyi məlum olub. Əslində bu, ölkədə qadağandır. Düzdür, alkoqollu içkiləri ölkənin hər yerində yox, bunun üçün ayrılmış zonalarda içmək olacaq.