AFFA UEFA-dan 8 milyon avro kompensasiya alacaq
03.12.2010 - 10:25
AFFA UEFA-dan 8 milyon avro kompensasiya alacaq
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 53 üzvü ilə bağlı qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 2016-cı ilin Avropa və 2018-ci ilin dünya çempionatının seçmə mərhələ oyunlarının teleyayım hüququnu almaq istəyir.

Federasiyalar üç qrupa bölünəcək. Onlar dərəcələrinə uyğun olaraq maddi kompensasiya alacaqlar. Aşağı kateqoriyalı 25 federasiya 8 milyon, orta səviyyəli federasiyalar 13 milyon avroya, elit kateqoriyalar isə daha böyük məbləğdə vəsaitə ümid edə bilər.

Ancaq onu da qeyd etmək lazımdır ki, reklam yerləşdirilməsi hüququndan gələn qazancın 40 faizi milli federasiyalarda qalacaq. Göründüyü kimi, AFFA kateqoriyasına uyğun olaraq, UEFA-dan 8, yaxud 13 milyon avro alacaq.