Azərbaycan hakimləri yenə “ofsayd”da qaldılar
03.12.2010 - 11:18
Azərbaycan hakimləri yenə “ofsayd”da qaldılar
Son Azərbaycan çempionu “İnter” klubunun qatılacağı “Birlik kuboku”nun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn ilin yanvarın 14-dən 23-dək Sankt-Peterburq şəhərində keçiriləcək turnirə 17 hakim təsdiqlənib.

Bunlar Timur Arslanbəyov, Aleksey Yeskov, Sergey Karasyov, Maksim Layuşkin, Aleksey Nikolayev, Yevgeni Turbin, Vyaçeslav Xarlamov (hamısı Moskva), Vladislav Bezborodov, Nikolay İvanov, Sergey Lapoçkin (hamısı Sankt-Peterburq), Mixail Vilkov (Nijni-Novqorod), Aleksandr Yeqorov (Saransk), Vladimir Kazmenko (Rostov), Eduard Malıy (Volqoqrad), Vitali Meşkov (Dmitrov), Vladimir Pettay (Petrozavodsk) və Vyaçeslav Popovdur (Yekaterinburq).

Karasyov, Bezborodov, Layuşkin, Nikolayev və Pettay FİFA hakimləridir. Bununla da ardıcıl ikinci ildir yalnız təşkilatçı ölkənin, yəni Rusiyanın hakimlərinə təyinat verilib. Halbuki, əvvəllər postsovet məkanı təmsilçisinin hər birindən, o cümlədən Azərbaycandan hakimləri “Birlik kuboku”na dəvət edirdilər.