AZAL zirvəyə, “Qəbələ” yeni rekorda, “Xəzər Lənkəran” uğurlu seriyaya doğru
03.12.2010 - 12:38
Azərbaycan çempionatında növbəti tura start götürür. Apasport.az saytının xəbərinə görə, XVI turun oyunlarının böyük əksəriyyəti sabah keçiriləcək. Mərkəzi qarşılaşmalar sayılan AZAL - “Neftçi” və “Qarabağ” – “İnter” görüşləri də şənbə gününə təsadüf edəcək.
“Şəfa” stadionundakı Bakı derbisində liderlə cari mövsümün ən sürpriz komandası görüşəcək. Hər halda, “Neftçi”dən cəmi 3 xal geri qalan AZAL çempionatda inamlı oyunu ilə çoxlarını təəccübləndirib. Təsadüfi deyil ki, “ağ-qaralar” həmşəhərlilərini öz meydanında çətinliklə yenə bilmişdi. Qələbə topunun müəllifi olan Emil Mpenzanın “Neftçi”də qol hesabını həmin görüşdə açdığını nəzərə alsaq, “təyyarəçilər” belçikalı hücumçunun karyerasında özünəməxsus yer tutur.
“Xəzər Lənkəran”ın Tovuzda “Turan”a qalib gəlmək şansı çox olduğundan, “Neftçi”nin işi daha çətindir və büdrəmə xal fərqini yenidən azaldacaq. AZAL qalib gələrsə, liderlə xalları bərabərləşdirəcək və şəxsi oyuna görə onu qabaqlaya da bilər. Komandanın mərakeşli yarımmüdafiəçisi Zohair Benouahi hazırda yaxşı formadadır və son 2 turda etdiyi dubllarla “təyyarəçilər”ə vacib qələbələr qazandırıb.
Ardıcıl 3 görüşdür uduzan “Qarabağ” demək olar bir illik fasilədən sonra ev oyununu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirəcək. Ötən tur Salyanda “Muğan”a yenilən “İnter” də cari mövsümdə qeyri-sabit çıxış edir. Bu mənada xal itkisi qələbəyə böyük ehtiyacı olan hər iki komandanın işini daha da çətinləşdirəcək.
“Qəbələ” cari mövsümdə məğlubiyyətsiz oyunlar seriyasında rekordunu yeniləməlidir. Hər halda, son pillədə qərarlaşan MOİK-lə görüşdə uduzmaq real görünmür. Ancaq nəzərə alaq ki, “Qəbələ” ilk dövrədə evdə “hərbçilər”lə qalib gələ bilməmişdi. Komandanın ingilis baş məşqçisi Toni Adams ilk xalını həmin görüşdə qazanması ilə təsəlli tapdı.
“Xəzər Lənkəran” artıq 5 ildir Tovuzdan qələbə ilə dönür. Lənkəranlılar “Turan”la səfər oyununda bu seriyanı davam etdirməyə çalışacaq. Cənub təmsilçisinin turnir cədvəlində əsas “qonşuları” olan “Neftçi” və AZAL-ı şəxsi oyunda üstələməsi, onu yenidən lider edə bilər.
4 dekabr
14:00 MOİK - "Qəbələ"
Hakimlər: Əfqan Həmzəyev, Aleksandr Musatkin, Zeynal Zeynalov, Rauf Cabbarov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk dövrədəki oyun – 0:0
14:00 AZAL - "Neftçi"
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Hacıəli Ağayev
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:1
14:00 "Turan" - "Xəzər Lənkəran"
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elşən Acalov, Teymur Fərhadov
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun – 0:2
14:00 "Qarabağ" - "İnter"
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Munis Abdullayev, Elvin Əsgərov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
İlk dövrədəki oyun – 0:1
5 dekabr
14:00 "Gəncə" - "Muğan"
Hakimlər: Rövşən Əhmədov, Yaşar Abbasov, Elşən Durmuşov, Elnur Muradov
Gəncə. Şəhər stadionu
İlk dövrədəki oyun – 1:1
16:00 "Bakı" - "Simurq"
Hakimlər: Rəhim Həsənov, Azad Q. Hüseynov, İlham Əliyev, Ceyhun Haşımov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:1
Bombardir: Bahodir Nasimov (“Neftçi”) - 14

1 | Neftçi | 15 | 10 | 4 | 1 | 30-7 | 34 |
2 | Xəzər Lənkəran | 15 | 9 | 4 | 2 | 17-7 |
|
3 | AZAL | 15 | 9 | 4 | 2 | 22-8 | 31 |
4 | İnter | 15 | 8 | 3 | 4 | 13-10 | 27 |
5 | Qəbələ | 15 | 6 | 5 | 4 | 13-7 | 23 |
6 | Bakı | 15 | 6 | 4 | 5 | 22-17 | 22 |
7 | Qarabağ | 15 | 6 | 3 | 6 | 15-12 | 21 |
8 | Gəncə | 15 | 4 | 7 | 4 | 20-20 | 19 |
9 | Muğan | 15 | 3 | 5 | 7 | 11-21 | 14 |
10 | Turan | 15 | 2 | 5 | 8 | 12-23 | 11 |
11 | Simurq | 15 | 1 | 4 | 10 | 9-25 | 7 |
12 | MOİK | 15 | 1 | 2 | 12 | 5-33 | 5 |

0
0