“1,5 milyon avromu “Qalatasaray”a bağışladım”
03.12.2010 - 12:50
“1,5 milyon avromu “Qalatasaray”a bağışladım”
“2003-cü ildə “Santos”u tərk etməyimə 1 səbəb var idi: ailəmin maddi durumu. İndi isə 7 il legioner həyatı yaşadıqdan sonra vətənə qayıtmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya millisinin futbolçusu Elano deyib.

Türkiyənin “Qalatasaray” klubunu tərk edib, “Santos”a qayıdan hücumçu bunun ona baha başa gəldiyini bildirib: “Qalatasaray”da maaşımın gecikdirilmədiyini desəm, yalançı olaram. Hər dəfə klub prezidenti mənimlə söhbətində vəziyyəti başa salırdı. Sonradan da pulumu alırdım. Bu dəfə isə onların 1,5 milyon avro borcunu bağışlamalı oldum. Çünki “Santos”a keçidim üçün əmək haqqımdan qalan borclarından imtina etməli idim”.

Rusiyanın “Zenit” klubundan çox sərfli təklif aldığını bildirən Elano Braziliyaya qayıtmağa üstünlük verdiyini açıqlayıb.

Qeyd edək ki, Elanonun “Santos”dakı təqdimatı “Flamenqo” ilə sabahkı görüşdən əvvəl gerçəkləşəcək.