Andrey Voronin: Polad Bülbüloğlu gözəl kişidir!
03.12.2010 - 12:55
Ukrayna yığmasının futbolçusu Andrey Voronin məşhur azərbaycanlı musiqiçi Polad Bülbüloğlu ilə müqayisə olunub. Apasport.az saytının məlumatına görə, “Sport-Ekspress” qəzeti Moskva “Dinamo”sunda oynayan hücumçu ilə geniş müsahibəsində Rusiyadakı səfirimizi yada salıb.
Belə ki, övladı dünyaya gələn zaman Bülbüloğlunun vertolyotdan doğum evinə gül dəstəsi atması yaddaşlardan silinməyib. Bu hərəkəti yüksək qiymətləndirən Voronin keçmiş mədəniyyət nazirimizi möhtəşəm insan sayır: “Polad Bülbüloğlu gözəl kişidir! Məndə hər şey sadə olub. Kiçik qızım anadan olanda, mən yığma ilə Xarkovda idim. Amma həyat yoldaşım oğlumu Liverpulda dünyaya gətirəndə, mən də orada idim. Şampan açdıq. Ertəsi gün gül alıb, həyat yoldaşımı və uşağımı evə apardım. Bizim Yulya ilə heç toyumuz da olmayıb. Sadəcə, nigahı imzalamışıq, vəssalam”.
Qeyd edək ki, vaxtilə “Bayer”də də oynamış Voronin “Dinamo”ya “Liverpul”dan keçib.

0
0