“Qarabağ” səfərbər oldu
03.12.2010 - 13:10
“Qarabağ” ölkə çempionatının XVI turunun “İnter”lə qarşılaşmasına tam hazırdır. Apasport.az saytının məlumatına görə, 3 oyunluq məğlubiyyət seriyasını dayandırmağa çalışan Qurban Qurbanovun yetirmələrinin zədə ilə bağlı problemləri də qismən həll olunub. Belə ki, Samir Abasov və Ayxan Abbasovdan başqa, bütün futbolçular meydana çıxmağa hazırdır.
Cari mövsümün ilk turunda zədələnən Əfran İsmayılov da komandanın təlim-məşq toplanışına qatılıb. Uzun müddətdir yaşıl meydanlardan kənar düşən Maksim Medvedev və Andrey Rubin isə “İnter”ə qarşı matçda forma geyə bilərlər. Bu, baş məşqçinin onlara etimad göstərməsindən asılıdır.
Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı dekabrın 4-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Görüş saat 14:00-da başlayacaq.
Mənbə: qarabagh.com

0
0