“Xəzər Lənkəran”ın futbolçusu oynamadı, yığma uduzdu
03.12.2010 - 13:19
“Xəzər Lənkəran”ın futbolçusu oynamadı, yığma uduzdu
“Xəzər Lənkəran” klubunun futbolçusu Cem Fələk Türkiyənin 15 yaşlılardan ibarət yığma komandasının (U-15) heyətində növbəti oyunda ehtiyatda qalıb. Apasport.az saytının məlumatına görə, 14 yaşlı yarımmüdafiəçi hollandiyalı həmyaşıdları ilə Türkiyədəki ikinci yoldaşlıq görüşündə meydana buraxılmayıb. Mersində Hollandiyanın U-15-inə böyük hesabla qalib gələn (3:0) türklər Adanada uduzub – 1:2. Hərçənd, Fələkin komandası yenə oyunda hesabı açsa da, bu dəfə üstünlüyünü qoruya bilməyib.

Qeyd edək ki, Frankfurtun “Ayntraxt” klubunda oynayan Cemin transfer hüquqları “Xəzər Lənkəran”a məxsusdur.