“Alveri “Turan”ın prezidenti daha yaxşı bilər”
03.12.2010 - 14:00
“Musa Süleymanov mətbuatda komandamız haqda xoşagəlməz fikirlər səsləndirib. Guya, hakimləri pulla ələ almışıq. Bu, nə danışıqdır? O, dediklərinə fikir verməlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.
Cari mövsümdə liderlər qrupunda yer alan “təyyarəçilər” ötən tur Tovuzda “Turan” üzərində çətin qələbə qazandı – 2:1. “Turan”ın prezidenti Musa Süleymanov turnir cədvəlinin yuxarısında qərarlaşan komandaların hakimlərin pulla ələ almasını deməsi AZAL-ın qələbəsinə kölgə salır: “Süleymanovun sözlər klubumuza ləkə gətirir. Biz alverçi olmadığımızdan, buna öyrəşməmişik. Alveri “Turan”ın prezidenti daha yaxşı bilər. Çünki bizdən fərqli, onun şəxsi biznesi var. Bilməlidir ki, nə danışır. Ağzına gələni deməməlidir”.
Qasımov hakimlərlə əlbir olmalarını ağ yalan sayır: “Ona qalsa, mən çox vaxt hakimlərdən şikayət edirəm”.

0
0