AZAL “Neftçi” ilə oyuna yalnız qələbə üçün çıxacaq
03.12.2010 - 14:13
“Neftçi” ilə sabahkı oyunda yalnız bir məqsədimiz var – qalib gəlmək”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun prezidenti Vaqif Qasımov deyib.
Cari mövsümdə çempionluq uğrunda mübarizə aparan “təyyarəçilər” hazırda turnir cədvəlində 3-cü yerdədir. 3 xal geri qaldığı “Neftçi”ni Unibank Premyer Liqasının XVI turunda sabah qonaq edəcək AZAL qalib gələrsə, rəqibinə çatacaq. Qasımovun buna nail olacaqlarına inamı böyükdür: “Əlbəttə, mən “Neftçi” üzərində qələbə qazanacağıma inanıram. İnanmasaydım, niyə hazırlaşırıq ki? Onda elə məşq etməyək də... Biz “Neftçi” ilə oyuna yalnız qələbə üçün çıxacağıq. Buna potensialımız var. Sadəcə, oyunun necə nəticələnəcəyini indidən demək olmaz. Bu, Allahın işidir. Biz də uda bilərik, rəqib də. Oyun heç-heçə də bitə bilər. Əsas odur ki, biz oyuna qalib gəlmək məqsədilə ciddi hazırlaşırıq”.
Qeyd edək ki, AZAL ilk dövrədə səfərdə həmşəhərlilərinə 0:1 hesabı ilə uduzub.
Mehman SÜLEYMANOV

0
0