“Bakı” ilə “Simurq” yubileyə hazırlaşır
03.12.2010 - 15:27
“Bakı” və “Simurq” klubları dekabrın 5-də Unibank Premyer Liqasının XVI turunda yubiley oyuna çıxacaq. Apasport.az saytının məlumatına görə, 10-cu dəfə görüşəcək komandaların duellərində bakılılar üstünlüyə malikdir.
Belə ki, “zolaqlılar” 9 oyunun 3-də, zaqatalalılar 2-də qalib gəlib, 4 görüş bərabərliklə nəticələnib (topların fərqi 10-9). Cari mövsümdə autsayderlər sırasında olan “Simurq” buna qədər mükafatlar uğrunda mübarizə aparırdı və əsas rəqiblərindən olan “Bakı” ilə oyunları gərgin mübarizə şəraitində keçib. Təsadüfi deyil ki, qalib komanda həmişə minimal fərqlə buna nail olub. Ancaq ən zəif mövsümünü keçirən “Simurq” indi daha çox uduzur. Ancaq zaqatalılar ilk dövrədə rəqibindən xal ala bildi.
Görüşə marağı artıran məqamlardan biri “Simurq”un baş məşqçisinin Qyoko Hacıyevskinin olmasıdır. Məlum olduğu ki, makedoniyalının ölkəmizdə çalışdırdığı ilk klub məhz “Bakı” olub. “Zolaqlılar”ı 2008/09 mövsümündə çempion edən Hacıyevskinin məhz “Simurq”la birigün çıxacağı Tofiq Bəhramov adına Respublika stadionundakı oyunu həlledici oldu. Belə ki, “Bakı” indi də heyətində olan moldovalı futbolçusu Vadim Boretsin oyunun sonunda vurduğu yeganə qolla vacib qələbə qazandı və liderliyini qaytararaq, bunu əldən vermədi. Hacıyevski il yarım öncə yendiyi ukraynalı həmkarı Roman Pokoranı bu yay “Simurq”un baş məşqçisi postunda əvəzlədi.
“Bakı” və “Simurq” klubları arasında keçirilən oyunlar
2006/07 mövsümü
XII tur
26 noyabr
“Simurq” – “Bakı” – 0:0
XXV tur
18 may
“Bakı” – “Simurq” – 3:2
2007/08 mövsümü
VIII tur
7 oktyabr
“Bakı” – “Simurq” – 1:1
XXI tur
13 aprel
“Simurq” – “Bakı” – 0:0
2008/09 mövsümü
XI tur
16 noyabr
“Simurq” – “Bakı” – 2:1
XXIV tur
2 may
“Bakı” – “Simurq” – 1:0
2009/10 mövsümü
IV tur
12 sentyabr
“Bakı” – “Simurq” – 1:2
XV tur
13 dekabr
“Simurq” – “Bakı” – 1:2
2010/11 mövsümü
VI tur
19 sentyabr
“Simurq” – “Bakı” – 1:1
Mehman SÜLEYMANOV

0
0