”Mahir Şükürov ən yaxşı oyununu ilk qalmaqaldan sonra keçirdi”
03.12.2010 - 16:40
“Mahir Şükürov getmək istəsə, klub rəhbərliyi ilə danışmalıdır. O, komandadan ayrılmaq istəyini mənə deməyib”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Mahaçqalanın “Anji” klubunun baş məşqçisi Hacı Hacıyev deyib.
Ötən qış Bakı “İnter”indən “Anji”yə keçən futbolçumuz indi karyerasını harada davam etdirməyi götür-qoy edir. Mahir millimizdə kapitanı olduğu Çernoqoriya yığması ilə yoldaşlıq görüşündən sonra saytımıza müsahibəsində klubunda üzləşdiyi problemlərdən, ayrıseçkilikdən danışmışdı. Belə ki, Mahirin sözlərinə görə, komanda yoldaşlarından fərqli, ona öz jurnalistlərinə müsahibə verdiyi üçün irad tutulur. Bunlar Dağıstanda müzakirə obyekti olub və Hacıyev məsələyə münasibətini bildirib: “Mahirin “Anji”də azərbaycanlı olduğu üçün pis yanaşdıqlarını deməyə haqqı yoxdur. Bizim çox millətli komandamız, çoxmillətli respublikamız var. Respublikamızın rəhbərliyi ilə Azərbaycanın dövlət başçısı arasında gözəl münasibətlər var. Belə olan halda, necə ola bilər ki, məsələn, Qolendaya Şükürovdan daha yaxşı münasibət göstərilsin? Mən bütün bunlar haqda Mahirə dedim və o, haqlı olduğumu etiraf etdi. Şükürovun bir sıra yaxşı və yüksək səviyyədə olmayan oyunları olub. Bu, elə futbolçudur ki, gərək onunla həmişə ciddi danışasan, sıxıb oynadasan. O, elə ən yaxşı oyununu məhz ilk qalmaqalından, mətbuatda dediklərindən sonra keçirdi”.

0
0