“Birlik kuboku”nun püşkatma mərasiminin tarixi müəyyənləşdi
03.12.2010 - 16:54
Rusiyada keçiriləcək ənənəvi “Birlik kuboku” turnirinin püşkatma mərasiminin keçirilmə tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizi yarışda təmsil edəcək son Azərbaycan çempionu “İnter”in rəqibləri dekabrın 6-da məlum olacaq. Gələn il yanvarın 14-23-də Sankt-Peterburqda təşkil olunacaq yarışın bazar ertəsi atılacaq püşkü 16 komandanı 4 qrupa böləcək.
Qeyd edək ki, Gürcüstanın təmsil olunmayacağı yarışda Belarus və Moldovanı imtina edən çempionun əvəzinə ölkənin ikinci komandası təmsil edəcək.
Qeyd edək ki, Gürcüstanın təmsil olunmayacağı yarışda Belarus və Moldovanı imtina edən çempionun əvəzinə ölkənin ikinci komandası təmsil edəcək.
0
0