“Qaban” Azərbaycan yığmasını “yaraladı”
03.12.2010 - 17:06
FİFA dekabrın 15-də milli komandaların növbəti reytinq siyahısını açıqlayacaq. Apasport.az saytının məlumatına görə, hazırda dünyanın 90-cı komandası olan Azərbaycan yığması başa çatmaqda olan Qaban ilinin son siyahısında geriləyəcək.
Buna millimizin reytinqdəki xal hesabının azalması səbəb olacaq. Noyabrın 17-də açıqlanan siyahıda 381 xalı olan Berti Foqtsun yetirmələri futbol tariximizin ən yüksək zirvəsinə - 90-cı pilləsinə qalxmışdı. Lakin dekabrın 15-də yığmamızın hesabında daha az – təxminən 344 xal olacaq.
4 həftə ərzində 37 xal geri düşməyimiz isə heç də səbəbsiz deyil. Belə ki, bu il noyabrın 17-də baş tutan yoldaşlıq oyununda komandamız Çernoqoriyaya 0:2 hesabı ilə uduzub. Bu matçla yanaşı, daha 4 qarşılaşma reytinqdə xal itirməyimizə səbəb olub. Bunlardan ikisi 2007-ci ilin noyabrına təsadüf edib. Belçika və Finlandiyaya məğlubiyyətlərin daha da köhnəlməsi, əslində xeyrimizədir. Lakin 2008-ci ilin Albaniya ilə heç-heçəsi və Çexiya üzərində ötənilki qələbənin illər keçdikcə köhnəlməyi isə yığmamıza zərbə vurub.
Yeni reytinqdə 344 xallı yığmanın hansı mövqedə olacağını əminliklə söyləmək olmaz. Lakin son siyahıda 96-cı olan Sudanın məhz bu qədər xalı var idi.

0
0