Mirça Rednik Tovuzda “Neftçi” və AZAL-ın bəxtindən danışdı
04.12.2010 - 19:00
Mirça Rednik Tovuzda “Neftçi” və AZAL-ın bəxtindən danışdı
“Qarşımızda nizamla oynayan, sonadək mübarizə aparan komanda var idi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikə məxsusdur.

Cənub təmsilçisi Unibank Premyer Liqasının XVI turu çərçivəsində Tovuzda “Turan”I minimal hesabla məğlub etdi. Oyundan sonra təşkil olunan mətbuat konfransında rumın mütəxəssis bildirib ki, “Turan”a qarşı oynamaq çox çətin idi: “İstənilən halda 3 xalı qazandıq, qalib gəldik. "Neftçi"nin burada xal itirdiyini və AZAL komandasının bəxt sayəsində burada qalib gəldiyini də unutmamalıyıq. Ola bilsin ki, bəxt də bu gün bizim tərəfimizdə idi”.

Xatırladaq ki, “Xəzər Lənkəran” Tovuzdan 2:1 hesablı qələbə ilə dönüb.