“Turan” gələcəyə ümid edir
04.12.2010 - 19:07
“Turan” klubunun baş məşqçisi Revaz Dzodzuaşvili ölkə çempionatının XVI turunun “Xəzər Lənkəran”ıla oyunu barədə fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, gürcü çalışdırıcı 1:2 hesabı ilə uduzduqları üçün təəssüfləndiyini vurğulayıb: “Komandamızın prezidenti əsasən gənc futbolçulara üstünlük verir. Onların gələcəkdə yaxşı futbolçu olması üçün çalışır. Bu gün çempionluğa iddialı komanda ilə qarşılaşdıq. Komandamız öz potensialını ortaya qoydu, təəssüf ki, qələbə qazana bilmədik. Ümid edirəm ki, gələcək də komandamız belə oynayacaq və qələbə qazanacaq”.
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
0
0