“Təəssüf ki, hakimlər bu cür vəhşiliklərə göz yumurlar”
04.12.2010 - 19:26
“Artıq neçə oyundur ki, rəqib komandaların müdafiəçiləri mənə qarşı açıq-aşkar kobudluq edirlər”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun futbolçusu Bahodir Nasimov deyib.
Vurduğu 14 qolla hazırda ölkə çempionatının bombardiri olan özbəkistanlı hücumçu bu gün AZAL-la qarşılaşmada haqda fikirlərini bildirib: “BU günkü oyunda arxadan vurulan zərbə nəticəsində zədələndim. Mən vurduğum qollarla, göstərdiyim oyunla yalnız Azərbaycan futbolunun inkişafı üçün tər tökürəm. Təəssüflər olsun ki, hakimlər nəinki vəhşilik edən rəqib futbolçuları cəzalandırmır, heç cərimə zərbəsi belə təyin etmirlər. Bu cür hallara göz yummaq olmaz. FİFA da, UEFA da hakimlərə tövsiyə edir ki, peşəkar futbolçulara yaraşmayan hərəkətləri edən oyunçulara hakimlər dərhal cəza tədbirləri görməlidirlər”.
“Ağ-qaralar”ın makedoniyalı yarımmüdafiəçisi Slavko Georgievski də AZAL-ın futbolçularından gileylənib: “Haqsız olaraq söyləyirlər ki, hakimlər "Neftçi"yə kömək edir. Budurmu "Neftçi"yə kömək etmək!? Bizə qarşı oynayan bütün komandaların futbolçuları sanki düşmənlə müharibəyə çıxır. Əgər bu, peşəkar idman prinsipləri əsasında olsa, normal qarşılanar. Amma hamı görür ki, "Neftçi" rəqib futbolçuların vəhşilikləri ilə rastlaşır. Salyanda ən yaxşı oyunçularımızdan biri Flavinyonun ayağını qəsdən vurub, sındırdılar. Amma həmin futbolçu nə cəza gördü, nə də ki, bunu bizim əleyhimizə yazan mətbuat orqanları işıqlandırdılar. Flavinyodan sonra rəqib futbolçular bir neçə oyundur ki, Bahodiri güdürlər. Çünki onların əlindən heç bir şey gəlmir. Ancaq belə vəhşiliklərlə "Neftçi"nin qarşısını almaq istəyirlər. Çox təəssüf ki, oyunlarımızı idarə edən hakimlər də bu cür vəhşiliklərə göz yumurlar. AZAL-la oyunda da çirkin əməllərə göz yumuldu, vəhşilik edən futbolçulara qarşı cəza tədbirləri görülmədi”.
Qeyd edək ki, “Neftçi” AZAL-la səfər matçında 1 xal qazanıb – 0:0.

0
0