“Təyyarəçilər” “Titanik”ə uçur
05.12.2010 - 00:05
“Təyyarəçilər” “Titanik”ə uçur
AZAL qış hazırlıq dövründə Antalyaya yollanacaq. Apasport.az saytının xəbərinə görə, klub rəhbərliyi artıq bunun üçün konkret məkan da seçib.

Belə ki, “təyyarəçilə” gələn il yanvarın 15-dən 29-dək "Titanik" otelində təlim-məşq toplanışı keçirəcək. Hazırda yoxlama oyunları üçün sınaqçı rəqiblər axtarılır.

Məşqçilərin tərtib etdiyi təlim planına əsasən, komanda 4 yoxlama oyununda (18, 21, 24, 27 yanvar) qüvvəsini sınayacaq.