Sadıqov coşdu, Rəşad söydü
05.12.2010 - 00:00
Unibank Premyer Liqasının XVI turunda AZAL – “Neftçi” oyununda qeydə alınan heç-heçə (0:0) təbii ki, qonaqları heç qane etmədi. Apasport.az saytının xəbərinə görə, çempionluq uğrunda “Xəzər Lənkəran”la ölüm-dirim savaşına girən “ağ-qaralar” “təyyarəçilər”lə görüşdə çox vacib iki xal itirdi. “Neftçi” tərəfi isə bunu həzm etmək istəmədi…
Hələ oyunun gedişində bir neçə dəfə əlbəyaxa döyüşə cəhd edən Ruslan Abışovla Elvin Əliyev oyun bitincə münasibətlərinə aydınlıq gətirdi. Amma şillə-təpik davasına çıxan futbolçuları polisin köməyi ilə sakitləşdirmək mümkün oldu.
“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev isə oyundan sonra, paltardəyişmə otağının qarşısında, matçı videolentə alan televiziya əməkdaşlarından birini ağır söyüşlərlə təhqir etdi: “Buna bax, yığışdır kameranı. Sənin nəslini...”.
Amma hər şey bununla da bitmədi. Az sonra dəhlizdə daha böyük səs-küy düşdü. Bu dəfə AZAL-ın prezidenti Vaqif Qasımov yüksək səslə “Neftçi”yə və hakimlərə etiraz edirdi. Məsələ burasındadır ki, AZAL tərəfini özündən çıxaran “Neftçi”nin prezidenti Sadıq Sadıqovun hakimlər otağına girməsi idi. Bu arada iki klubun mühafizə xidmətinin əməkdaşları arasında insident yaşanması da diqqətimizdən yayınmadı. Vurhavurda, səs-küydə “Neftçi”nin mühafizə xidmətinin əməkdaşı əks düşərgədəki həmkarını itələdi. Amma onları da sakitləşdirmək mümkün oldu.
Sadıqovun hakimlər otağına girənədək “Hakimlər “Neftçi”yə belə kömək edir? Vicdanınız olsun da” deməsi diqqətimizdən qaçmadı. Ümumiyyətlə, “Neftçi”nin prezidentinin komandasının xal itirməsindən çox təsirləndiyi və buna görə hədsiz əsəbiləşməsi açıq-aşkar görünürdü. Deyəsən, elə buna görə də Sadıqov bütün qaydalara zidd olaraq, oyunu idarə edən hakimlərin otağına girdi.
Korner.az

0
0